Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Avropada dərindən hiss edilməkdədir. Bir çox ölkələr alternativ enerji axtarmağa başlayıblar. Onlar kömürdən istifadəni artırıb, nüvə enerjisindən daha çox istifadə etməyə cəhd edirlər. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə növbəti addım İsveçdən gəlib.

Stokholm administrasiyası qarşıdakı 20 il ərzində ən azı 10 yeni nüvə reaktoru tikmək planlarını açıqlayıb. Bununla belə, ekspertlər İsveçin bu addımına reaksiya veriblər.

Skandinaviya ölkəsinin planının çox baha başa gələcəyi qeyd edilib. Bildirilib ki, planlaşdırılan reaktorlar ölkənin enerji tələbatını ödəmək üçün uzaq gələcəkdə hazır olacaq.

Qeyd edək ki, keçən həftələrdə İsveç İqlim Nazirliyi iqlim hədəflərinə nail olmaq üçün ölkədə elektrik enerjisi istehsalının iki dəfə artırılması lazım olduğunu açıqlamışdı.