İstanbulun məşhur Qalata körpüsü müqavimətini artırmaq məqsədilə avqustun 13-də təmir işləri üçün 40 gün müddətinə bağlanacaq.

İqtisadiyyat.az-ın məlumatına görə, körpünün təmiri çərçivəsində asfalt örtüyünün və genişləndirici birləşmələrin dəyişdirilməsi nəzərdə tutulub.

Bundan əlavə, mütəxəssislər dayaq hissəsindən artıq çəkini götürərək körpünün qaldırma sistemini yüngülləşdirməyə hazırlaşırlar. Bundan əlavə, körpünün hidroizolyasiya sistemi də dəyişdiriləcək.

Qeyd edək ki, təmir zamanı sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunub.