Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat verib. 

“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - paylaşımda deyilir.

***
22:20

Türkiyə polisi İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən iki nəfərdən birini saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunçun verdiyi məlumata görə, bu məqsədlə bir prokuror müavini və iki prokuror təyin edilib.

***

14.15

Türkiyənin İstanbul şəhərində yerləşən və tarixi italyan kilsəsi olan “Santa Maria”ya silahlı hücum olub.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. 

Qeyd edilib ki, hücum zamanı 1 nəfər ölüb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yayılan məlumatı təsdiqləyib: "Hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib". 

Nazir hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib.