İstanbul Valiliyi şəhərdə təsirli olacağı gözlənilən güclü külək və tufanlar səbəbilə diqqətli olmaq barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Valilik açıqlama yayıb.

Bəyanatda həmçinin qeyd olunub:

“İstanbul, Ədirnə, Kırklareli və Tekirdağda küləyin şimal və şimal-şərq istiqamətlərindən 40-60 km/saat, 75 km/saat sürətlə güclü və qısamüddətli tufan şəklində əsəcəyi gözlənilir. Bu səbəbdən vətəndaşlarımız baş verə biləcək hər hansı neqativ hallara qarşı diqqətli və tədbirli olmalıdırlar”.

Meteorologiya İdarəsinin 1-ci Regional Müdirliyinin son qiymətləndirmələrinə görə, küləyin İstanbul, Ədirnə, Kırklareli və Tekirdağda şimal və şimal-şərq istiqamətlərindən güclü və qısamüddətli fırtına şəklində əsəcəyi gözlənilir.