İstanbulda küləyin ən azı fırtına səviyyəsində möhkəm şəkildə əsəcəyi barədə xəbərdarlıq edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. 

Bildirilib ki, Mərmərə bölgəsində küləyin axşam saatlarından başlayaraq təsirini artırdığı qeyd edilib. 

Fırtınanın sabah gecə saatlarına qədər təsirli olacağı bildirilib. Əhaliyə əlverişsiz hava şəraitində maksimum diqqətli olmaq barədə xəbərdarlıq edilib.