"Oral B Challenge İstanbul Triatlonu" səbəbiylə İstanbul boğazı hər iki istiqamətdə gəmi keçidləri üçün bağlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsindən verilən açıqlamada verilib. 

"Türkiyə Tiratlon Federasiyasının koordinasiyasında təşkil edilən "Oral B Challenge International 2023 İstanbul Triatlon"un üzgüçülük yarışları ilə əlaqədar olaraq, Boğazda saat 03:30-a kimi gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb", - açıqlamada qeyd edilib.