İsrailin mərkəzində üç günlük sakitlikdən sonra axşam saatlarında raket atəşi təhlükəsi barədə xəbərdarlıq edən hava reyd siqnalları səslənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

"İsrailin mərkəzi hissəsində sirenlər səslənib", - məlumatda qeyd edilib.