Fələstinin HƏMAS hərəkatının yaraqlıları mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 israillini qaçırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

"300-dən çox israilli öldürülüb, 1800-dən çoxu yaralanıb, 5000-dən çox raket atılıb, 100 mülki şəxs və hərbçi qaçırılıb", – diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, İsrail hakimiyyəti Misirdən vasitəçi kimi çıxış etməyi və HƏMAS yaraqlıları tərəfindən əsir götürülən israillilərin azad edilməsinə köməklik göstərməyi xahiş edib.