İsraildə Ukrayna vətəndaşlığı olan iki qadın ölüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

"İsraildə iki ukraynalı qadının ölümü ilə bağlı məlumatı təsdiqlədik. Hər iki vətəndaş ölkədə uzun müddət yaşayıb. Konsullar lazımi yardım göstərir, qohumları ilə əlaqə saxlayır", - nazirlik qeyd edib.

Ukraynanın “Vesti” nəşri Ukraynanın İsraildəki səfirliyinə istinadən məlumat verib ki, diplomatlar həlak olanların cəsədlərinin vətənlərinə qaytarılmasının təşkili ilə məşğuldurlar.