"Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hərəkətləri bütün Qərb dünyasına qarşı müharibədir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrail Katz Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.

"Bu gün apardığımız müharibə təkcə İsrail dövlətinə qarşı müharibə deyil, bütün Qərb dünyasına qarşı müharibədir", - nazir qeyd edib. 

Onun sözlərinə görə, islamçılara heç bir güzəşt qəbuledilməzdir. Nazir bildirib ki, İsrailin Qəzza zolağında həyatı yaxşılaşdırmaq üçün göstərdiyi səylər terrorçuların yaydığı radikal ideologiyadan qoruya və HƏMAS-ın hücumlarının qarşısını ala bilməyib.

Katz qeyd edib ki, bəzi Avropa ölkələrində də oxşar hadisələri görür: "Təəssüf ki, mən Avropanın bəzi yerlərində oxşar hadisələrin şahidi oluram ki, insanlar əvvəlcə ölkələrə qaçqın kimi gəliblər və dövlətə müsbət təsir etmək əvəzinə, tədricən radikal ideologiya qurublar".

"Avropa gözlərini açıb nəticələri ilə necə davranacağını öyrənməsə, İsrail və Qəzza zolağında baş verənlər son nəticədə digər Avropa ölkələrində də baş verəcək", - İsrailin xarici işlər naziri yekunlaşdırıb.