İsrail HƏMAS ilə razılaşma çərçivəsində bu gün 39 fələstinli məhbusu həbsdən azad edəcək. 

İqtisadiyyat.az  CNN-ə istinadən xəbər verir ki, azadlığa buraxılacaq məhbuslar arasında yaşı 18-dən az olan qadın və kişi yeniyetmələr də olacaq. 

Qeyd edək ki, HƏMAS Qəzza zolağında saxlanılan girovları azad etdikdən sonra onlar İordan çayının qərb sahilindəki şəhərlərinə çatdırılacaq.