"İsrail ordusu Qəzza şəhərinin qərb hissəsinin təmizlənməsini başa çatdırıb, əraziyə tam nəzarət edir və Fələstin anklavında əməliyyatın növbəti mərhələsinə keçir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib.

"Biz Qəzza şəhərinin qərb hissəsini ələ keçirdik, təmizlədik və əməliyyatın növbəti mərhələsinə keçirik", - deyə nazir bildirib.

Qalant İsrail ordusunun Qəzza zolağının dərinliklərinə doğru irəlilədikcə anklavda saxlanılan girovların azad edilməsinə getdikcə yaxınlaşıldığı qənaətindədir: "Nə qədər dərinə getsək, HƏMAS-a bir o qədər təzyiq edilir. Bu, girovlarımızı geri qaytarmaq şansını artıracaq".