İsrail müdafiə qüvvələri Qəzza zolağının cənubundan quru qoşunlarının bir hissəsini çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli “Kan” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, söhbət son 4 aydır Xan Yunisdə hərbi əməliyyatlar aparan 98-ci diviziyadan gedir. Radiostansiyanın məlumatına görə, hazırda İsraili sahillə birləşdirən və Qəzza zolağını ortadan ikiyə ayıran dəhlizin təhlükəsizliyini təmin edən yalnız 162-ci diviziya və Nahal briqadası qalıb.

İsrail rəsmiləri bildirib ki, qoşunların anklavdan çıxarılması qərarı İsrailə qarşı siyasi təzyiqlər ilə bağlı deyil. Hərbçilər Xan Yunisdə fəaliyyətin tükəndiyini bildiriblər. Həmçinin qeyd olunub ki, ordu lazım olduqda Xan Yunisə qayıdacaq və Rəfah da daxil olmaqla digər bölgələrdə əməliyyatları davam etdirəcək.