İsrail Müdafiə Qüvvələri qalan sakinlərin çıxmasına icazə vermək üçün Qəzza şəhərində döyüşləri 4 saat müddətinə dayandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Aviçai Edri məlumat verib.

“Biz bu gün ərzində, yəni saat 10:00-dan 14:00-dək Daraj Tuffa ərazisində hərbi əməliyyatları müvəqqəti dayandıracağıq” 

Edri onu da bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 09:00-dan 16:00-a qədər fəaliyyət göstərəcək. 

Bazar günündən bəri hər gün İsrail Müdafiə Qüvvələri humanitar məqsədlər üçün anklavın müxtəlif yerlərində hərbi əməliyyatların dayandırıldığını elan edir. Noyabrın 13-də İsrail ordusu Qəzza zolağının cənubunda, Misirlə sərhədə yaxın Rafah şəhərində eyni müddətə hərbi əməliyyatları dayandırıb.