İsrail hərbçiləri Qəzza zolağından atılan raketi ölkənin cənubunda "Strela" zenit-raket kompleksindən istifadə edərək, səmada vurub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Arava bölgəsində sirenlərin səslənməsi ilə bağlı ilkin məlumatdan sonra Qəzza zolağından atılan raket aşkar edilib və "Strela" hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.