İsrail müdafiə qüvvələri Qəzza zolağında işıqsız və susuz qalan Əl-Şifa xəstəxanasından yeni doğulmuş uşaqları təxliyə edir.

İqtisadiyyat.az xəbər verir ki, bu açıqlama ilə İsrail Baş nazirinin müşaviri Mark Regev çıxış edib.

"İsrail bu uşaqlara hər hansı bir zərər gəlməsində maraqlı deyil. Körpələr təcili yardım maşınları vasitəsilə təhlükəsiz yerlərə aparılacaqlar", - deyə o, bildirib.

Əlavə edək ki, İsrail- HƏMAS qruplaşması arasında gedən müharibə nəticəsində Qəzza zolağında ən azı 22 xəstəxana fəaliyyətini dayandırıb, 49 tibb mərkəzi sıradan çıxıb.

 

Gözəl Həşimova