2023-cü il oktyabrın 7-dən etibarən altı ay ərzində İsrail Qəzza zolağına 369 990 ton humanitar yardım daşıyan 19 776 yük maşınına icazə verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin yaydığı hesabatda deyilir.

"Nitzana və Kerem Şalom keçid məntəqələrində içərisində 369 990 ton humanitar yardım olan 19 776 yük maşını yoxlanılıb. O cümlədən, son 6 ayda Qəzza zolağına 257 530 ton ərzaq, 1 717 yük maşını 19 950 ton tibbi avadanlıq, 1 420 su çəni, o cümlədən 225 yanacaq çəni və 461 məişət qazı daşınıb", - məlumatda qeyd edilir.