"İsrail ordusu Qəzza zolağında əməliyyatın quru mərhələsinə hazırlaşmağa davam edir, onun başlama vaxtı bunun üçün optimal şəraitin nə vaxt yaranacağından asılıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Biz Qəzzə zolağına zərbələr endirir və müharibənin davam etdirilməsi üçün şərait yaradırıq. Hərbi əməliyyatın növbəti mərhələləri gələcək, biz onları hazırlayırıq və həyata keçirməliyik", - o, mətbuat konfransında deyib.

Qalant vurğulayıb ki, əməliyyatın əsas hissəsi "vaxt gələndə" başlayacaq.