İsrail Qəzza zolağında quru hərbi əməliyyatının miqyasını genişləndirir. 

İqtisadiyayt.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.

"Qəzzə zolağına hücumların tempini artırdıq. Hərbi-hava qüvvələrimiz yeraltı hədəflərə və terrorçuların infrastrukturuna zərbələr endirir. Qəzza zolağına hücumların davamı olaraq qüvvələrimiz bu saatlarda quru əməliyyatlarının əhatə dairəsini genişləndirir", - o, axşam brifinqində deyib.

Həcəri qeyd edib ki, cümə günü İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının Qəzzada Şifa xəstəxanasından öz məqsədləri üçün istifadə etdiyinə dair kəşfiyyat məlumatları təqdim edib: "Biz bu barədə dünyaya məlumat vermişik və məlumat verməyə davam edəcəyik. Qəzza şəhəri və ətraf ərazilərə zərbələr endirməyə davam edirik və şəhər sakinlərini zolağın cənub hissələrinə təxliyə olmağa çağırırıq".

*** 21:35

İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarına başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü bildirib.

Bildirilib ki, əlavə təfərrüatlar barədə açıqlama veriləcək.