Qəzza zolağında quru əməliyyatı zamanı İsrail ordusunun şəxsi heyəti arasında itkilərin ümumi sayı 48-ə çatıb.

İqtisadiyyat.az dünya medyasına istinadən xəbər verir ki, bir gün əvvəl daha iki İsrail əsgəri həlak olub. 

Qeyd edək ki, İsrail HƏMAS hərəkatının komanda qərargahının yerləşdiyi Əl-Şifa tibb mərkəzinin ərazisində quru əməliyyatına başlayıb. İsrail ordusu, həmçinin xəstəxananın altında girovların saxlandığı bir neçə yeraltı kompleksin və tunelin olduğunu iddia edir.