"İsrailin Qəzza zolağı daxilində qısamüddətli hərbi reydləri yaxın günlərdə davam edəcək hərbi əməliyyatın növbəti mərhələləri üçün zəmin yaradır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.

"İsrail Müdafiə Qüvvələri dünən axşam olduğu kimi bu gün də sektorun ərazisinə quru reydlərini davam etdirir. Bu reydlərin mahiyyəti terrorçuların məhv edilməsi, ərazinin müharibənin növbəti mərhələsinə hazırlanmasıdır. Qoşunlarımız bu cür reydləri yaxın günlərdə də davam etdirəcək", - o, axşam brifinqində bildirib.

İsrail ordusunun sözçüsü bildirib ki, ABŞ hərbi məsləhətçiləri İsraillə birlikdə işləyirlər: "Onların təcrübələri faydalıdır, lakin Qəzzada əməliyyatla bağlı qərarları İsrail özü verir".