"Qəzza zolağında müharibə qarşıdakı aylarda da davam edəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi çıxış edib.

"Bu müharibənin mürəkkəb məqsədləri var. Müharibə çətin ərazidə aparılır. Ona görə də müharibə hələ qarşıdakı aylarda da davam edəcək. Biz indi səylərimizi Qəzza zolağının cənubunda, o cümlədən Xan Yunisdə cəmləşdiririk. Və biz öz gücümüzü artırmağa davam edirik", - Halevi bildirib.