İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı limana nəzarəti ələ keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Teleqram" səhifəsindən məlumat verilib.

HƏMAS qrupunun bundan terror məqsədləri üçün istifadə etdiyi iddia edilir.

Məlumata görə, birgə əməliyyat zamanı 188-ci Zirehli Briqada və 13-cü Donanmanın əsgərləri HƏMAS-ın nəzarətində olan Qəzza zolağı limanına nəzarəti ələ keçirib.

 

Gözəl Həşimova