İsrail ordusu Qəzza zolağının bəzi bölgələrində fələstinliləri təhlükəsizlikləri üçün evlərini tərk etməyə çağırıb və sığınacaqlara getmələrini istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrae "X" sosial media hesabındakı paylaşımında bildirib.

"HƏMAS-ın hücumları İsrail ordusunu Qəzzada hərəkətə keçməyə məcbur edir. Ona görə də təhlükəsizliyiniz üçün yaşadığınız yerləri dərhal tərk edin", - o, paylaşımında yazıb. 

Adrae həmçinin vəziyyətin qiymətləndirilməsindən sonra Qəzza diviziyasının nəzarətində olan ərazinin qapalı hərbi bölgə elan edildiyini və girişin qəti şəkildə qadağan edildiyini bildirərək, ictimaiyyətdən əraziyə girməmələrini istəyib.