"İsrail hərbçiləri Qəzza zolağındakı bütün xəstəxanalarda HƏMAS təşkilatının tərəfdarlarının "açıq-aşkar mövcudluğunu" müşahidə edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman deyib.

"Biz bütün xəstəxanalarda HƏMAS-ın varlığını görürük, bu, açıq-aydın, müəyyən bir mövcudluqdur. Onlar bu xəstəxanalardan istifadə edirlər", - o, hərbçilərə əməliyyat görüşü zamanı deyib.

Finkelmanın sözlərinə görə, HƏMAS silahlıları xəstəxana obyektlərindən hərbi məqsədlər üçün istifadə edirlər: "Bizim gördüyümüz budur. Onlar silahlarla, komanda mərkəzləri olan, potensiallı xəstəxanaların altında gizlənirlər və tunellər də buna bir sübutdur".