Qəzza zolağında İsrail ordusu HƏMAS hərəkatının girovluğunda olan əsgəri azad edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Bu gecə quru əməliyyatı zamanı oktyabrın 7-də HƏMAS terror təşkilatı tərəfindən qaçırılan sıravi əsgər Ori Magidiş azad edilib", - deyə məlumatda bildirilir.

Ordunun məlumatına görə, azad edilən qadın tibbi müayinədən keçib, vəziyyəti yaxşıdır və artıq ailəsi ilə görüşüb.