İsrail hərbi birləşmələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu ordu sözçüsü Daniel Həqari brifinqdə bildirib.

"Gecə İDF bölmələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirib. Bölmələrə əlavə quru qoşunları da qoşulub. Biz planlaşdırılmış şəkildə hərbi əməliyyatları davam etdiririk", - o deyib.