İsrail hərbçiləri Livandan 30-a yaxın mərmi atıldığını qeydə alıb və atəşin mənbəyinə cavab atəşi açıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son bir saat ərzində Livandan İsrailin şimalına təxminən 30 buraxılış qeydə alınıb. İsrail Müdafiə Qüvvələri buraxılışların mənbəyi istiqamətində artilleriya atəşi ilə cavab verir", - məlumatda deyilir.