"İsrail əsgərləri Livan ordusunun Ras-ən-Nəqura sərhəd bölgəsindəki bazasını silahlardan atəşə tutub". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Məlumata görə, komanda məntəqəsi yaxınlığında 7 dəfə partlayış baş verib, hərbçilərdən xəsarət alan olmayıb. Daha sonra məftil hasarların yaxınlığında pulemyotlardan istifadə etməklə tərəflər arasında atışma olub.

"Al Jadeed" bildirir ki, İsrail ordusunun artilleriyası hazırda Blida, Mays əl-Cəbəl, Mheibib yaşayış məntəqələrinə, həmçinin Balat və Mirvaheyn yüksəkliklərinə zərbələr endirir.