İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livanın cənubunda Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusunun döyüşçüləri bir müddət əvvəl Hizbullah terrorçularının fəaliyyət göstərdiyi bir sıra Hizbullah hərbi obyektlərinə, Hula, Hilat əl-Dəba, Yarun, Mays əl-Cəbəl, Yarina və Çixin bölgələrində müşahidə məntəqəsi və əlavə terror infrastrukturuna hücum ediblər", - məlumatda deyilir. 

"Bundan əlavə, gün ərzində İDF artilleriyası Livanın cənubundakı bir sıra yaşayış məntəqələrini atəşə tutub", - mətbuat xidməti davam edib. 

Ordu əlavə edib ki, əsgərlər Ramya bölgəsində Hizbullahın daha bir terror obyektinə zərbələr endiriblər.