İsrail hərbçiləri Livan tərəfindən edilən hücumlara cavab olaraq bu ölkədəki Hizbullah terror təşkilatının hədəflərini vurur. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son bir saat ərzində Livandan İsrail ərazisinə bir sıra atışlar qeydə alınıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri hazırda Livanda Hizbullahın bir sıra terror obyektlərinə zərbələr endirir. Təfərrüatlar barədə məlumat veriləcək", - məlumatda deyilir.