İsrail Müdafiə Qüvvələri (IDF) Livanda fəaliyyət göstərən Hizbullah təşkilatının hərbi obyektlərinə, həmçinin Livanda əvvəllər İsrail ərazisinin atəşə tutulduğu yerlərə və binalara zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları "Hizbullah" terror təşkilatının Livandakı hərbi obyektlərinə hücum edib. Bundan əlavə, kilsədə tank əleyhinə raket buraxan terrorçunun gizləndiyi binanı müəyyən edib. Bu gün səhər saatlarında İsrail ordusu Livan ərazisindəki bu binaya hücum edib", - bəyanatda deyilir.

Bundan əvvəl ordunun mətbuat xidməti Livandan atılan tank əleyhinə raketin İkritdə kilsə binasına düşməsi nəticəsində bir mülki vətəndaşın yaralandığını bildirmişdi: "Yaralanmış mülki vətəndaşı təxliyə etmək üçün gələn bir neçə İDF əsgəri açılan atəş nəticəsində yaralanıb və müalicə olunmaq üçün xəstəxanaya təxliyə edilib".