İsrail Müdafiə Qüvvələri (IDF) hava hücumu nəticəsində Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin 3 oğlunu öldürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"HƏMAS lideri İsmayıl Haniyənin üç oğlu və üç nəvəsi İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində həlak olub", - telekanaldan bildirilib.

Bundan əlavə, hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilir.