İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən HƏMAS qruplaşmasının tunellərinə daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

"HƏMAS tunellərdən ibarət mürəkkəb şəbəkədə gizlənir. İsrail ordusu Qəzzanın şimalındakı əməliyyatlar zamanı tunellərə çoxsaylı giriş nöqtələri aşkar edib", - məlumatda bildirilir.

İsrail mətbuatının məlumatına görə, HƏMAS-ın tunellərinin yüzdən çoxu genişmiqyaslı əməliyyatda partladılıb.