İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları 7 oktyabr hücumunda iştirak edən HƏMAS qruplaşmasının Şecaya batalyonunun komandiri Vessam Fərhatı öldürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirib ki, hava qüvvələrinin zərbəsi Fərhatın yeri ilə bağlı İDF-nin dəqiq məlumat almasından sonra edilib. Məlumata görə, Fərhat oktyabrın 7-də İsraildə baş verən toqquşmalarda iştirak edib və bu zaman o, HƏMAS-ın Nuxba xüsusi təyinatlı qüvvələrinin yaraqlılarına Qəzza zolağı ilə sərhəddə yerləşən Kibbutz Nahal Oz bölgəsinə sızmağı və IDF-nin postuna hücum etməyi əmr edib.

Fərhat 2010-cu ildən Şecaya batalyonuna komandirlik edir.