"İsrail hərbçiləri Qəzza zolağında humanitar atəşkəs qüvvəyə minməzdən əvvəl gedən döyüşlər zamanı HƏMAS təşkilatının 5 yüksək rütbəli komandirini məhv edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib.

"Atəşkəs qüvvəyə minməzdən əvvəl Qəzza zolağında gedən döyüşlər zamanı IDF təyyarələri kəşfiyyat məlumatlarına əsasən, Qəzza zolağında HƏMAS terror təşkilatının 5 yüksək rütbəli komandirini öldürüb", - deyə məlumatda bildirilir.