İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib. Bu, böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Hərbi-Siyasi Nazirlər Kabineti (hökumətin əsas nazirlərindən ibarət kabinet - red.) dünən axşam müharibə vəziyyətinə keçidi və müvafiq olaraq, iri hərbi əməliyyatların başlanmasını təsdiqləyib", - bəyanatda deyilir.