İsrail ordusu blokadada olan Qəzza zolağından silahlı qruplaşmanın İsrail ərazisinə sızdığını açıqlayıb. Buna görə də İsrail Müdafiə Qüvvələri bu gün "müharibə hazırlığı vəziyyəti" elan edib.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

İsrailin "Kanal12" televiziyasının xəbərinə görə, Qəzzadan 4 ayrı silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub.

“İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir.

 

Gözəl Həşimova