İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin müdafiəsini gücləndirib və bütün cəbhələrdə istənilən ssenariyə qarşı yüksək hazırlıq vəziyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həqari brifinq zamanı deyib.

"Hadisələrin istənilən inkişafı üçün bütün cəbhələrdə yüksək hazırlıq vəziyyətindəyik. Biz lazım olan yerlərdə döyüş hissələrini gücləndirmişik, hava hücumundan müdafiə sistemlərini gücləndirmişik və təyyarələrimiz həm müdafiəyə, həm də hücuma hazırdır", - deyə Həqsri bildirib.