"HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların ən azı bir hissəsinin azad edilməsi ilə bağlı hələlik hər hansı razılığa gəlmək mümkün olmayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Tzaçi Haneqbi deyib.

"Hələ ki, girovların dəyişdirilməsi ilə bağlı heç bir razılaşma yoxdur, bununla bağlı indiki mərhələdə heç bir qərar verilməyib. Lakin bu məsələlər müzakirə olunur və ona görə də biz belə bir razılaşmanın bağlanmasından yana çıxış edirik", - o, mətbuat konfransında bildirib.

Haneqbi vurğulayıb ki, İsrail hökuməti öz mövqeyində israrlıdır. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri xatırladıb ki, Qəzza zolağında çox sayda girov azad edilmədən atəşkəs olmayacaq.