"İsrail hərbçiləri Livandan yeni hücumlar qeydə alıb və cavab olaraq artilleriya atəşi açılıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son bir neçə saat ərzində Livandan İsrail ərazisinə bir neçə buraxılış qeydə alınıb. Ölənlər barədə məlumat yoxdur. Hazırda İsrail Müdafiə Qüvvələri atəş mənbələrinə zərbələr endirir", - məlumatda deyilir.

Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, İsrail tankları Hizbullahın müşahidə məntəqəsinə hücum edib.