İsrail qırıcıları Livanda Hizbullah hərəkatının bir sıra hərbi obyektlərinə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl IDF döyüşçüləri Cebel əl-Bric, Huneh, Dunin, Aadchit və Suan bölgələrində bir sıra Hizbullah terror obyektlərinə zərbələr endirib", - deyə məlumatda bildirilir.

Bundan əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, çərşənbə günü səhər saatlarında İsrailin şimalına raket hücumlarına cavab olaraq IDF qırıcıları Livana silsilə zərbələr endirməyə başlayıb, nəticədə bir nəfər ölüb, 8 nəfər yaralanıb.