"İsrail Livanın Hizbullah təşkilatının öz ərazisinə etdiyi hücumları qəbul etməyəcək və əgər Hizbullah genişmiqyaslı müharibəyə başlamaq qərarına gələrsə, bu onun üçün ölümcül səhv olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Hizbullah və onun Livandakı peyklərinin bizə hücum etməsi reallığını qəbul etməyəcəyik. Biz buna çox ağır atəşlə cavab verəcəyik. Biz bu yaxınlarda çoxlu Hizbullah terrorçusunu öldürdük və onun bir çox hədəflərini vurduq. Bir daha demək istəyirəm: əgər Hizbullah müharibəni seçirsə, o, həyatının ən böyük səhvini edəcək", - Netanyahu xalqa televiziya ilə müraciətində deyib.