"İsrail hakimiyyəti hesab edir ki, Hizbullah Livanı müharibəyə sürükləməyə yaxındır və bu halda İsrail indi Qəzza zolağında etdiklərini Beyrutda etməyə hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu xəbərdarlığı İsrailin müdafiə naziri Yoav Qalant şimal sərhədindəki hərbi bazalardan birinə səfəri zamanı edib.

"Mən burada Livan vətəndaşlarına deyirəm: Artıq Qəzzada vətəndaşların sahil boyu ağ bayraqlarla gəzdiyini və cənuba doğru hərəkət etdiyini görürəm. Hizbullah Livanı müharibəyə sürükləyir və səhv edir. Əgər Hizbullah belə səhv etsə, ilk növbədə, bütün Livan vətəndaşları bunun əvəzini ödəyəcək. Qəzzada nə ediriksə, Beyrutda da edə biləcəyik”, - deyə nazir bildirib.