"İsrail Hərbi Hava Qüvvələri İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Hizbullah təşkilatının infrastruktur obyektlərinə hücum edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Ordunun mətbuat xidmətinin bəyanatında deyilir: "İsrailin atəşinə cavab olaraq, bu gün IDF helikopterləri və qırıcıları Livandakı Hizbullah terror təşkilatının infrastrukturuna və raket buraxılış məntəqələrinə hücum edib".

"IDF helikopterləri, PUA-ları və tankları İsrailin şimalında Biranit bölgəsinə doğru tank əleyhinə raketlə atəş açan terror qruplaşmasına hücum edib", - deyə mətbuat xidməti əlavə edib.