"Qəzza zolağında HƏMAS təşkilatına qarşı aparılan hərbi əməliyyatın quru hissəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 5 minə yaxın hədəfi vurub". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Qəzzada quru əməliyyatları başlayandan bəri quru qoşunlarının dəstəklədiyi və yönləndirdiyi hava qüvvələri real vaxt rejimində təhdidləri məhv etmək üçün Qəzza zolağında 5000-ə yaxın hədəfə zərbə endirib", - məlumatda qeyd edilib.

Ordunun bildirdiyinə görə, bu rəqəmə qırıcı təyyarələr tərəfindən həyata keçirilən təxminən 3300 zərbə, helikopterlərin 860 zərbəsi və pilotsuz vasitələrin cəlb olunduğu 570-dən çox zərbə daxildir.

"Bu zərbələr quru qoşunlarına təhdidləri aradan qaldırmağa və atəşləri vaxtında əlaqələndirməyə kömək edir. Hava dəstəyi çağırışı ilə zərbə arasında minimum qeyd olunan vaxt altı dəqiqədir", - məlumatda qeyd edilib.