İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail bir müddət əvvəl HƏMAS təşkilatının 10 hədəfinə hücum edib. Hədəflər Qəzza zolağında təşkilatı HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binalarda olub. Onların arasında HƏMAS-a aid kəşfiyyat qərargahı da var. HƏMAS-ın hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. İsrail ordusu paralel olaraq terrorizm üçün vəsait toplamaq məqsədilə HƏMAS təşkilatına aid iki banka hücum edib", - məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib: "Bundan əlavə, İDF Qəzza şəhərində İslami Cihad terror təşkilatının hərbi hava qüvvələrinin istifadə etdiyi silah istehsalı obyektinə, həmçinin terror təşkilatının silah və hərbi texnika saxladığı ofis və anbarların yerləşdiyi binaya zərbələr endirib".