İsrail ordusu bu gecə ərzində Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı və İslami Cihad qruplaşmasının 500-dən çox hədəfini vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata görə, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Bundan əlavə, HƏMAS-ın hərbi qərargahının yerləşdiyi çoxmərtəbəli binalara da zərbələr endirilib.

 

Gözəl Həşimova