"İsrail Həbsxana Xidməti HƏMAS hərəkatı ilə girov mübadiləsi müqaviləsi çərçivəsində 39 fələstinlinin azad edildiyini açıqlayıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, qaçırılan hər israilliyə görə İsrail həbsxanalarından üç məhbus azad edilir. Ümumilikdə 39 məhbus azad ediləcək: 24 qadın və 15 yeniyetmə.

Bundan əvvəl azad edilmiş bütün fələstinli məhbuslar İordan çayının qərb sahilində Ramallah yaxınlığında yerləşən İsrailin Ofer həbsxanasına köçürülüb.