İsrail artilleriyası Livanın cənubundakı Kfar Şuba bölgəsini və onun ətrafındakı sərhəd xəttinin keçdiyi yüksəklikləri atəşə tutub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Watanyia" nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən əraziyə ən azı 10 mərmi atılıb. Qonşu Xalta və Ərqub rayonları da atəşə tutulub.

Agentliyin məlumatına görə, İsrail helikopterləri Kfar Şuba səmasında patrul edib, lakin hələlik heç bir zərbə endirməyib.